Türkiyə və Suriyada baş vermiş zəlzələlər nəticəsində ölənlərin
sayı 2 701 nəfərə çatıb.
Hər iki ölkədə yaralananların ümumi sayı 13 572 nəfərə
yüksəlib.
SANA agentliyinin məlumatına görə, Suriyada ölənlərin sayı 1 050-yə
çatıb. Türkiyənin vitse-prezidenti Fuat Oktayın sözlərinə görə,
Türkiyədə ölənlərin ümumi sayı 1 651 nəfərdir.
Mətbuatın məlumatına görə, zəlzələ nəticəsində Türkiyədə 11 119,
Suriyada isə 2 453 nəfər xəsarət alıb.