Türkiyə və Suriyada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 2 701-ə çatıb
Türkiyə və Suriyada baş vermiş zəlzələlər nəticəsində ölənlərin sayı 2 701 nəfərə çatıb. Hər iki ölkədə yaralananların ümumi sayı 13 572 nəfərə yüksəlib.

SANA agentliyinin məlumatına görə, Suriyada ölənlərin sayı 1 050-yə çatıb. Türkiyənin vitse-prezidenti Fuat Oktayın sözlərinə görə, Türkiyədə ölənlərin ümumi sayı 1 651 nəfərdir.

Mətbuatın məlumatına görə, zəlzələ nəticəsində Türkiyədə 11 119, Suriyada isə 2 453 nəfər xəsarət alıb.

Print