"Milli Hərəkatın" sədri Levan Xabeişvili bildirib ki, bu gündən
partiya parlament fəaliyyətini dayandırır və gündəlik etiraz
rejiminə keçir.
Şəhər Məhkəməsinin qərarından sonra VMH-da partiyanın gələcək
planları ilə bağlı xüsusi brifinq təyin olunub.
Xabeişvili həmin brifinqdə partiyanın rayon təşkilatlarını və
fraksiya üzvlərini Tbilisiyə gəlməyə çağırıb -
"Çünki
əsas etiraz mərkəzi paytaxtda olacaq".
Onun sözlərinə görə, "Gürcü Arzusunun" yüksək vəzifəli şəxslərinə
"bu gündən rahatlıq olmayacaq və brifinqdən sonra bunu
ilk Baş nazir Qaribaşvili hiss edəcək".
"Milli Hərəkat parlament həyatında iştirak etməyi
planlaşdırmır. Biz həmçinin, beynəlxalq tərəfdaşlarımızla,
səfirlərlə görüşməyi düşünürük. Bununla bağlı ünsiyyətə artıq
başlamışıq. Onlar prezident Saakaşvilinin həyatını qorumaq üçün rus
arzusuna, rejiminə təzyiqləri gücləndirməlidirlər.
Eləcə də bu gün, indi, brifinqi başa vurduqdn sonra konkret
fəallıqlarımız olacaq və bu hər gün davam etdiriləcək. Sizin
tapdaladığınız, Avropalı gələcəyini öldürdüyünüz adamlar hər yerdə
qarşınıza çıxacaqlar"
Xabeişvili bildirib ki, VMH heç bir müzakirədə iştirak etməyi
planlaşdırmır. Beynəlxalq tərəfdaşlarla ünsiyyətə isə ona görə
başlayırlar ki:
"Biz Parlament fəaliyyətimizi dayandırırıq və onlar
yaxşı bilməlidirlər ki, sadəcə belə etməyə məcburuq. Çünki
prezident Saakaşvilinin sağlamlığı və həyatı risk altındadır.
Gündəlik etirazlar "Gürcü Arzusuna", "Bidzina İvanişviliyə" cavab
olacaq" - Xabeişvili bildirib.
Tbilisi Şəhər Məhkəməsinin hakimi Qiorqi Arevadzenin qərarına
əsasən, Mixeil Saakaşvili həbsdə qalır. Hakim Saakaşvilinin
cəzasının təxirə salınması ilə bağlı vəsatəti təmin etməyib.
Partiya üzvləri qərardan sonra VMH-ın baş ofisinə toplaşıblar.
Həmçinin, Nika Melia da oraya gedib.