Türkiyədə 7 günlük matəm elan edilib
Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi ilə əlaqədar qardaş ölkədə 7 günlük matəm elan olunub.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" hesabında paylaşım edib.

"2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü ilə qədər bütün ölkəmizdə və xarici nümayəndəliklərdə yarıya qədər endiriləcək", - deyə qeyd olunub.


Mənbə: apa.az
Print