Zəlzələ ilə əlaqədar Ceyhan neft terminalı fəaliyyətini dayandırıb - Bakı-Tbilisi-Ceyhan kəmərinin vəziyyəti necədir
Türkiyədə səhər saatlarında baş verən zəlzələ ilə əlaqədar Ceyhan neft terminalı episentrin yaxınlığı səbəbindən fəaliyyətini dayandırıb.

Məlumatı Reuters agentliyi Tribeca yayıb.

“Tribeca”nın məlumatına görə, sözügedən məsələ ilə bağlı növbədənkənar iclas keçiriləcək. Xüsusilə də bəyanatda bildirilir ki, Türkiyənin cənub-şərqindəki limanlar zəlzələ nəticəsində zədələnib və onların işində ləngimələr olub. Bununla belə, Reuters agentliyi Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Türkiyə hissəsinin operatoru BOTAŞ-a istinadən xəbər verir ki, magistral boru kəmərlərinə ziyan dəyməyib.

Məlumat üçün bildirək ki, bazar ertəsi səhər Türkiyədə 7,8 bal gücündə zəlzələ baş verib, nəticədə Türkiyə və Suriyada 1500-dən çox insan ölüb. İkinci zəlzələ - 7,5 bal gücündə - bu gün günorta saatlarında baş verib.

Mənbə: BPN



Print