Qadınlar, gənclər, fiziki imkanları məhdud şəxslər və merin iştirak etmədiyi kənd toplantıları – “Salam” Marneulidəki kənd toplantılarını qiymətləndirib
1 fevral tarixindən “Kəndə dəstək proqramı” çərçivəsində Marneuli bələdiyyəsinin kəndlərində ümumi toplantıların keçirilməsinə başlanılıb. İndiyədək 27 kənddə ümumi toplantı keçirilib. Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Davit Çikadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, toplantılar müəyyən qrafikə uyğun olaraq Marneulinin bütün kəndlərində keçirilib. Onun açıqlamasına görə, ümumi kənd toplantıları indiki mərhələdə yalnız bir yerdə, Mollaoğlu kəndində təxirə salınıb və təkrar keçiriləcək. Onun sözlərinə görə, kənd sakinlərinin dəstəklədiyi layihələr barədə məlumat ümumi toplantılar başa çatdıqdan sonra məlum olacaq və xüsusi komissiya iclasların nəticələrini ümumiləşdirəcək.

Marneuli bələdiyyəsinin kəndlərində aparılan ümumi toplantıları “Salam” platforması müşahidə edirdi. “Salam”-ın nümayəndəsi Ayhan Həsənli “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, platforma nümayəndələri 10-dan artıq kənddə müşahidə aparıblar. Onun sözlərinə görə, kənd toplantılarının keçirilməsi prosesində əsas problem odur ki, Marneuli meri Kənan Ömərov toplantılarda iştirak etməyib.

“Qanunvericiliyin merə ümumi toplantılarda iştirak etmək öhdəliyi qoymasına baxmayaraq, hesab edirik ki, mer görüşlərə getməyəndə, əhali ilə görüşməyəndə bizim fikrimizcə, bu düzəldilməli olan mühüm vəziyyətdir. Digər problem odur ki, əksər hallarda görüşlər vaxtından əvvəl keçirilir. Məsələn, qrafikdə saat 11:00 yazılıbsa, həmin yerə saat 11:00-da gedirik və görüşün artıq yarım saatdır, başlamış olduğunu görürük. Əhali əvvəlcədən qrafikə əsasən görüşün təyin olunduğu vaxtı bilirsə və real olaraq görüş tez başlayırsa, görüşdə iştirak etmək istəyən vətəndaş bu imkanını itirir. Bizim fikrimizcə, bu əhalinin ümumi toplantıda tam iştirak etməsinə mane olur. Bizim fikrimizcə, çox mühüm olan üçüncü faktiki vəziyyət isə görüşlərin çox qısa müddətdə keçirilməsidir. Əksər hallarda görüşlər 15-25 dəqiqə ərzində, maksimum yarım saata keçirilir. Bu zaman imzaların toplanması uzanır. Bizim müşahidəmizə görə, əksər hallarda əhali az-çox iştirak etsə də, etməsə də, görüş keçirilir. Əksər hallarda müvafiq say olmur, məsələn 100 nəfər toplanıb, amma yenə də toplantını keçirirlər”.

“Salam” platformasının nümayəndəsinin sözlərinə görə, kəndlərin əksəriyyətində qadınların, gənclərin, fiziki imkanları məhdud şəxslərin iştirakı azdır. Ayhan Həsənlinin sözlərinə görə, Marneuli yerli özünüidarəsi əhalinin ümumi toplantılarda maksimum iştirakını təmin etməlidir. Bunun üçün isə meriya kəndlərdəki nümayəndə resursundan, qapı-qapı prinsipi ilə əhaliyə məlumat çatdırmaq və müxtəlif məlumat mənbələri vasitəsi ilə məlumatın yayımlamasından istifadə edə bilər.

“Azlıqların bəzi nümayəndələrinin gürcü dilini yaxşı bilməməsi, bəzisinə qrafikin əlçatan olmaması reallığından irəli gələrək yalnız qrafiki yayımlamaq yetərli deyil. Bütün subyektiv və ya obyektiv vəziyyəti nəzərə alaraq, yaxşı olar ki, bütün vətəndaşlara kənd toplantısının keçirilməsi haqqında məlumat çatdırılsın. Bunu yerinə yetirmək isə Marneuli yerli özünüidarəsinin öhdəliyidir. Eləcə də qadınların iştirakının maksimum təmin edilməsi tövsiyə olunur. Çünki qadınların iştirakı çox aşağı səviyyədədir. Kəndlərdə əhalinin yarıdan çoxunun qadınlar olduğunu nəzərə alsaq, görüşdə onlar iştirak etmirsə, demək kəndin yarısı görüşdə iştirak etmir. Eləcə də gənclər və fiziki imkanları məhdud şəxslər görüşlərdə iştirak etmirlər və özünüidarə nümayəndələrinin fiziki imkanları məhdud şəxslərlə əlaqə saxlaması, onların ümumi toplantılara qoşulmasını təmin etməsi yaxşı olardı. Kənd toplantılarında gənclərin fikrinin əks olunması çox mühümdür. Əksər hallarda prioritetlər əvvəlcədən müəyyən edilmiş olur və toplaşmış əhali artıq layihələrin siyahısını bilir, meriya sadəcə hansı layihəni dəstəklədiklərini soruşur. Bu halda hesab edirik ki, vətəndaşların yerlərdə də problem hesab etdikləri məsələləri qaldırmaq imkanı olmalıdır”.

Ayhan Həsənlinin sözlərinə görə, əhalinin “kəndə dəstək proqramı” çərçivəsində meriyanın da kəndə ayrılmış pulun qarşılıqlı maliyyələşdirmə öhdəliyi daşıması barədə məlumatının olması mühümdür. Onun sözlərinə görə, bəzi hallarda vətəndaş 12000-dən 20 000-ə qədər dəyişən, kəndə ayrılmış pulun müəyyən layihənin həyata keçirilməsi üçün kifayət etmədiyini hesab edə və qeyd olunan problemi toplantıda qaldırmaya bilər. Amma əgər onun Marneuli meriyasının layihədə qarşılıqlı maliyyələşdirmə edə bilməsi öhdəliyini haqqında məlumatı olarsa, vətəndaş problemli məsələni toplantıda həll olunması üçün daha cəsarətlə qaldıracaq.

Kəndə dəstək proqramı üçün 2023-cü ildə mərkəzi büdcədən 1 123 000 lari ayrılıb.

Kəndlərə pul əhalinin sayına görə bölünür. Hər kəndə ən az 12 000, ən çox isə 20 000 lari ayrılıb.

Prioritetlərin seçilməsi məqsədi ilə əhali ilə görüşlər 1 fevraldan 15 fevrala qədər keçiriləcək.

"Marneuli" Radiosu
Print