Marneulidəki Amerika Guşəsi kimya, biologiya və biokimya ilə maraqlanan gənclər üçün kurslar elan edir
Marneulidəki “Amerika Guşəsi” yeni layihəyə başlayır. Kimya, biologiya və biokimya ilə maraqlanan, 14-18 yaşlı gənclər iki aylıq pulsuz kurslarda iştirak edə bilərlər. Amerika Guşəsinin koordinatoru Mələk Quliyeva “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, kurs ərzində şagirdlər öz əlləri ilə reaksiya apara, şəbəkədə işləyə, məsələləri həll edə və yüksək səviyyəli kimya-biokimyanı öyrənə bilərlər.

“Marneulidəki Amerika Guşəsi digər istiqamətlərlə yanaşı, icma istiqamətində də layihələr həyata keçirir. Düşünürük ki, bu istiqamətdə layihələrin həyata keçirilməsi çox mühümdür. Çünki biz gənclərə özlərinin prosesə qoşulması və qeyri-formal təhsil yolu ilə daha dərin, maraqlı məlumat almaları üçün şərait yaradırıq. Qeyd olunan layihə çərçivəsində gənclərin özlərinin sınaqlar aparmaq və onlara maraqlı olan suallara cavab tapmaq imkanı olacaq. Gənclərə məsləhət görürük ki, bu imkanı əldən buraxmasınlar”.

Kurslara qəbul xüsusi qeydiyyat forması ilə mümkündür.

Aşağıdakı linkdə qeydiyyatdan keçə bilərsiniz.

Linkə daxil olun.

Müraciətlərin sayı həddən artıq olarsa, qeydiyyat forması vaxtından əvvəl bağlanacaq.

Print Email
FaceBook Twitter Google