Albaniya polisinin məlumatına görə, Mindia Lavasoğlu Tiranada
Ukrayna vətəndaşına məxsus saxta pasport ilə saxlanılıb və onu
Gürcüstana ekstradisiya üçün hazırlayırlar.
Albaniya polisinin məlumatına görə, Lavasoğlu dünən, 6 fevral
tarixində saxlanılıb. Qurumun verdiyi məlumata görə, o, zorakı
kriminal qruplaşmaya rəhbərlik etməkdə ittiham olunur. Həmin
qruplaşma Gürcüstanda və başqa ölkələrdə fəaliyyət göstərirmiş.
Gürcüstan hakimiyyəti Mindia Lavasoğlu ilə bağlı (Mindia Qoradze)
beynəlxalq axtarış elan edib.
Mindia Lavasoğlu oğru dünyasına üzv olduğu üçün 2018-ci ildə
mühakimə olunub. Hökm çıxarılana kimi onu həbsxanadan azad ediblər.
Bu əvvəlcədən saxlama müddətində (9 ay) polislərin onun qanunsuz
oğru olduğunu təsdiq edə bilmədikləri motivi ilə baş verib. O,
Türkiyəyə keçib. Lavasoğlu Türkiyədə 2018-ci ilin sonunda
saxlanılıb və 2020-ci ilin 20 iyununa qədər qeyri-müəyyən səbəblə
ekstradisiya həbsxanasında saxlanılıb.
Mindia Lavasoğlunun ekstradisiya həbsxanasından azad edilməsi
tələbi ilə Batumidə 2020-ci ilin 1 iyunundan etiraz aksiyaları
keçirilirdi. 15 nəfər aclıq elan etmişdi.
2020-ci ilin 20 iyununda məlum olub ki, Mindia Lavasoğlu Türkiyədə
ekstradisiya həbsxanasından azad edilib və o, Belorusiyaya keçib.
Bu məlumatı əvvəl Gürcüstan prokurorluğu təsdiq etmirdi. Həmin
qurumdan bildirirdilər ki, yenə də Türkiyədə ekstradisiya
prosedurunun başa çatmasını gözləyirdilər. Ancaq sonra
Prokurorluqdan bildirdilər ki, Gürcüstan bu dəfə Belorusiya
hakimiyyətindən ekstradisiya tələb edib.
Bundan sonra Lavasoğlu Odessa aeroportunda saxlanılıb.