Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə
xüsusi nümayəndəsi Toivo Klaar Gürcüstan parlamentinin xarici
əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze ilə regional
təhlükəsizlik məsələlərini müzakirə edib.
Görüş zamanı Cənubi Qafqazda davam edən prosesilərə diqqət
yetirilib.
Tərəflər, həmçinin Gürcüstanın Azərbaycan və Ermənistan arasında
vasitəçilik roluna və Gürcüstan hökumətinin sülh təşəbbüsünə diqqət
yetiriblər.