“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan
Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi
sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, 2022-ci il dekabrın 17-də Buxarest şəhərində
imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və
Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və
ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi
onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər
Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və
Macarıstan Hökumətlərinə bildiriş göndərməlidir.