Gürcüstanın ana müxalifət partiyası olan “Vahid Milli Hərəkat”
(VMH) növbəti dəfə ölkə parlamentini boykot edib.
Partiya siyasi boykot rejiminə keçdiyini və plenar sessiyalar,
komitə dinləmələri və digər formatlar da daxil olmaqla parlament
fəaliyyətlərində iştirak etməyəcəyini bəyan edib.
Qeyd olunub ki, hazırkı mərhələdə partiyadan olan deputatlar
mandatlarını saxlayırlar.
VMH partiya və fraksiyanın daha güclü etiraz formaları ilə bağlı
məsləhətləşmələr keçirəcəyini bəyan edib.
Qeyd edək ki, VMH bu gün saat 17:00-da hökumət administrasiyasının
qarşısında etiraz aksiyası keçirəcəyini bəyan edib.
Partiyanın qərarı Tbilisi Şəhər Məhkəməsininin ötən gün sabiq
Prezident Mixeil Saakaşvilinin həbsdə saxlanılması ilə bağlı
qərarından sonra qəbul edilib.