Türkiyədə zəlzələ qurbanlarının sayı artaraq 4544 nəfərə çatıb
Türkiyədə zəlzələ qurbanlarının sayı artaraq 4 544 nəfərə çatıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumatına görə, təbii fəlakət nəticəsində 26 721 nəfər xəsarət alıb.

Son məlumatlara görə, Türkiyədə baş verən iki güclü zəlzələdən sonra 435 təkan qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərin sayı 23 milyondan çox ola bilər.

Mənbə: Birinci Kanal
Print