Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında
yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji
tərəfdaşlıq haqqında Sazişi təsdiqləyib.
Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası,
Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl
enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq
haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
Sənəd 2022-ci il dekabrın 17-də Buxarest şəhərində imzalanıb.
Fərmanla Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi
barədə Gürcüstan, Rumıniya və Macarıstan Hökumətlərinə bildiriş
göndərməlidir.