Kobuleti fabriki artıq 5,4 min ton qeyri-standart naringi qəbul edib
2022-2023-cü il sitrus mövsümündə Kobuleti fabriki gürcü fermerlərindən 5,4 min ton qeyri-standart naringi qəbul edib.

Bu barədə “EastFruit” Acarıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına əsaslanaraq yazır.


Bir neçə ildir ki, dövlət subsidiya proqramı çərçivəsində qeyri-standart naringilər alır. 2022-2023-cü illərdə proqram çərçivəsində yeganə iştirakçı Kobuleti konserv zavodudur ki, o, fermerlərdən hər kiloqramı 0,20 lari sabit qiymətə naringi qəbul edib. Bunun 0,15 lari ona Acarıstan Muxtar Respublikasının büdcəsindən ödənilib.

Məlumat üçün bildirək ki, zavod qeyri-standart naringilərin bir hissəsindən konsentrat istehsal edir, böyük hissəsi isə ixrac olunur.

Proqram çərçivəsində Acarıstan büdcəsindən ayrılan subsidiyanın ümumi məbləği 814 min lari (308 min dollar) təşkil edib.

2022-2023-cü illərdə naringi məhsulu əvvəlki illərə nisbətən az olub. 2021-2022-ci illərdə Kobuleti fabriki subsidiya proqramı çərçivəsində 9 min tondan çox qeyri-standart naringi alıb.Proqram çərçivəsində Acarıstan büdcəsindən ayrılan subsidiyanın ümumi məbləği 814 min lari (308 min dollar) təşkil edib.

Mənbə: BPN

Print Email
FaceBook Twitter Google