Bankdan 500 min dollar götürən soyğunçu saxlanılıb
Gürcüstanda banka hücum edərək 43 nəfəri girov götürən və yarım milyon dollarla ərazidən uzaqlaşan soyğunçu Badri Esebua uzun axtarışlardan sonra saxlanılıb.

Məlumatı Gürcüstanın İctimai kanalı yayıb. Bildirilib ki, Gürcüstan DİN hələ ki məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, hadisə 2020-ci il oktyabrın 21-də baş verib. Zuqdidi şəhərindəki “Gürcüstan Bankı” filialına hücum edən Esebua 43 nəfəri saatlar boyunca girov götürüb və onların azadlığa buraxılması müqabilində yarım milyon dollar tələb edib. Qarətçi tələb etdiyi pulu aldıqdan sonra bir neçə girovu da özü ilə götürərək ərazidən uzaqlaşıb və onları daha sonra sərbəst buraxıb. İnsident zamanı xəsarət alan olmayıb.

Mənbə: BPN


Print