Ermənistan Gürcüstanın əsas ixracatçısına çevrilib - göstərici 191,7% artıb
2023-cü ilin yanvar-fevral aylarında Gürcüstanda mallarla xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət olmadan) 2,898 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz çoxdur. Bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Onların hesabatlarına görə, bunun 914,8 milyon ABŞ dolları ixrac (artım 20,3 faiz), idxal isə 1 983 milyard ABŞ dolları (artım 9,0 faiz) təşkil edib.

Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ilin yanvar-fevral aylarında Gürcüstanın ümumi ixracında on ən böyük ixrac tərəfdaşı ölkənin payı 81,5 faiz təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Ermənistan 133,1 mln. ABŞ dolları ilə əsas ixracatçı ölkə oldu. 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə Ermənistanda bu göstərici 191,7% artıb. O cümlədən, ötən ilin ilk iki ayında Gürcüstandan Ermənistana ixrac 45,620 milyon ABŞ dolları təşkil edib.

Bundan əlavə, cari ilin yanvar-fevral aylarında Gürcüstanın ilk üç ixracatçı ölkəsi arasında Rusiya 2-ci (128,2 milyon ABŞ dolları), Çin isə 3-cü yerdə (112,4 milyon ABŞ dolları) qərarlaşıb.

Mənbə: BPN
Print