İnfantino yenidən FİFA prezidenti seçildi
Bu gün Ruandanın paytaxtı Kiqali şəhərində keçirilən FİFA-nın 73-cü
Konqresində təşkilatın prezidenti seçkiləri olub.
Yeganə namizəd Canni İnfantino yenidən FİFA prezidenti seçilib. O,
2027-ci ilə qədər qurumun rəhbəri vəzifəsinə təsdiq edilib .
Xatırladaq ki, Canni İnfantino ilk dəfə 2016-cı ildə səsvermənin
ikinci turunda mümkün 207 səsdən 115 səs toplayaraq FİFA prezidenti
seçilmişdi. 2019-cu ildə o, ikinci müddətə yenidən bu vəzifəyə
təsdiq olunmuşdu.
Mənbə: Sportfm.az