Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 20,5 faiz artıb
Cari ilin yanvar-fevral aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 2,9 milyard ABŞ dolları təşkil edib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz çoxdur.


Bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə xarici ticarətdə ixracın həcmi 20,3 faiz artaraq 914,8 milyon, idxal isə 9 faiz artaraq 2 milyard ABŞ dolları təşkil edib.

Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları arasında 111 milyon dollarlıq dövriyyə ilə dördüncü yerdə olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 20,5 faiz artıb.


Mənbə: Azertag.az
Print Email
FaceBook Twitter Google