Cari ilin yanvar-fevral aylarında Gürcüstanın xarici ticarət
dövriyyəsi 2,9 milyard ABŞ dolları təşkil edib. Bu da 2022-ci ilin
eyni dövrü ilə müqayisədə 12,3 faiz çoxdur.
Bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, hesabat dövründə xarici ticarətdə ixracın həcmi 20,3
faiz artaraq 914,8 milyon, idxal isə 9 faiz artaraq 2 milyard ABŞ
dolları təşkil edib.
Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları arasında 111
milyon dollarlıq dövriyyə ilə dördüncü yerdə olub. Ölkələrimiz
arasında ticarət dövriyyəsinin həcmi 20,5 faiz artıb.
Mənbə: Azertag.az