Bizim əziz həmvətənlərimizin Novruz bayramını təbrik edirəm – Baş nazir Marneuliyə gəlib
Bu gün, 21 mart tarixində Marneulidə Novruz bayramı qeyd olunur. Marneuli meriya ərazisində sərgi məkanları qurulmuşdu, mədəni və idman tədbirləri həyata keçirilib. Bu gün Novruz bayramını qeyd etmək üçün Baş nazir İrakli Qaribaşvili Marneuliyə gəlib. Baş nazir sərgi məkanlarını nəzərdən keçirib, tonqalı yandırıb, mediaya müsahibə verib və sonra Marneulini tərk edib.

“Hamınızı bu gün münasibəti ilə təbrik edirəm. Bizim əziz həmvətənlərimizin, etnik azərbaycanlı vətəndaşlarımızın Novruz bayramını təbrik edirəm. Bizim Türkiyədəki, Azərbaycandakı, hər yerdə olan qardaşlarımızı təbrik edirəm. Bizim vətəndaşlarımıza sülh, firavanlıq, bərəkət, sevinc, stabillik və hər şeyin ən yaxşısını arzulayıram. Bizim həmvətənlərimizə bunları arzu edirəm. Mən azərbaycanlı həmvətənlərimizə, zəhmətkeş insanlara böyük hörmətimi, sevgimi bildirirəm. Bir daha qeyd etmək istəyirəm ki, bugünkü gün sülhlə, firavanlıqla, sevinclə əks olunur. Bu gün bizim xalq, ölkəmizə bu lazımdır”, – İrakli Qaribaşvili bildirib.

Gürcüstanın Baş naziri yarım saat ərzində Marneulidə Novruz bayramında olub, sonra isə bələdiyyəni tərk edib.

Bu il Novruz bayramı qala konsert olmadan qeyd olunub. Meriya formatın dəyişdirilməsini Türkiyədə baş vermiş zəlzələ ilə əlaqələndirib.

“Novruz” fars sözüdür. Onun birinci hissəsi, “nov” yeni, ikinci hissəsi, “ruz” isə gün deməkdir. Novruz bayramı yazın gəlişi, bəzi ölkələrdə isə yeni ildir. Bayram süfrəsinə xüsusi diqqət yetirilir. Xüsusilə bu gün üçün üç cür şirniyyat, şəkərbura, qoğal, paxlava bişirilir. Eləcə də yumurtalar qırmızı boyanır və səməni ətrafına düzülür.

21 marta qədər Novruz bayramının dörd çərşənbəsi qeyd olunur. Bu etnik azlıqların kimliyinin bir hissəsidir. Çərşənbə yaşam üçün mühüm olan dörd ünsürlə, su, yel, torpaq və odla əlaqədardır.

Qeyd edək ki, Novruzun qeyd olunma qaydasına “Pələng dərisi geymiş pəhləvanda” da rast gəlinir.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər

Warning: mysql_query(): Unable to save result set in /var/www/marneulifm.ge/public_html/libraries/joomla/database/database/mysql.php on line 223
Articles Not Found!