Bu gün, 21 mart tarixində Marneulidə Novruz bayramı qeyd olunub.

Tədbir meriya ərazisində keçirilib və sərgi pavilyonları
qurulub.

Yerli rəssamların rəsmləri, əl işləri, qənnadı məmulatları, çiçək
sərgisi-satışı təşkil edilib.

Azərbaycan etnik guşəsində Azərbaycan teatrının aktyorları
tərəfindən kiçik performans təqdim olunub.

Azərbaycan kulinariyası ilə bağlı masterklass keçirilib.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili və digər mərkəzi
hakimiyyət nümayəndələri Marneulidə qonaq olub.

Müxtəlif idman aktivlikləri keçirilib.

Bu il Novruz bayramı qala konsert olmadan qeyd olunub.

Meriya formatın dəyişdirilməsini Türkiyədə baş vermiş zəlzələ ilə
əlaqələndirib.
“Novruz” fars sözüdür. Onun birinci hissəsi, “nov” yeni, ikinci
hissəsi, “ruz” isə gün deməkdir. Novruz bayramı yazın gəlişi, bəzi
ölkələrdə isə yeni ildir. Bayram süfrəsinə xüsusi diqqət yetirilir.
Xüsusilə bu gün üçün üç cür şirniyyat, şəkərbura, qoğal, paxlava
bişirilir. Eləcə də yumurtalar qırmızı boyanır və səməni ətrafına
düzülür.

21 marta qədər Novruz bayramının dörd çərşənbəsi qeyd olunur. Bu
etnik azlıqların kimliyinin bir hissəsidir. Çərşənbə yaşam üçün
mühüm olan dörd ünsürlə, su, yel, torpaq və odla əlaqədardır.

Qeyd edək ki, Novruzun qeyd olunma qaydasına “Pələng dərisi geymiş
pəhləvanda” da rast gəlinir.
