Moskvanın Basman Rayon Məhkəməsi Ukraynada döyüşən “Gürcüstan Milli
Legionu”nun dörd üzvünü qiyabi həbsə məhkum edib – bu haqda
“Mediazona” xəbər verib.
Nəşrin məlumatına görə, məhkum edilmiş döyüşçülər arasında Laşa
Ruxaia, Vasil Alibeqaşvili, Erekle Amiranaşvili və Veka Apresov da
var. Onlar Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsini -
“muzdluluöu” pozmaqda ittiham olunublar. Moskva məhkəməsi martın
3-də qiyabi həbs qərarı çıxarıb, baxmayaraq ki, bu, yalnız bu gün
məhkəmə sənədlərində yer alıb.
Ötən ilin aprelində İstintaq Komitəsi “Gürcüstan Milli Legionu”nun
24 üzvünə qarşı eyni maddə ilə cinayət işi başlandığını elan edib.
Ruxaia, Alibeqaşvili, Amiranaşvili və Apresov da onların arasında
idi.
“Gürcüstan legionu” 2014-cü ildən Ukrayna qüvvələrinin yanında
döyüşən silahlı birləşmədir. Əsasən silahlı münaqişələrdə döyüşmək
təcrübəsi olan keçmiş gürcü hərbçilərindən ibarətdir.
Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin tabeliyində olan
“Gürcüstan legionu” təxminən 1300 əsgəri birləşdirir.