Marneuli ərazisində gecə yağış yağacaq
Bu gün, 24 mart tarixində Marneuli ərazisində gündüz saatlarında havanın parçalı buludlu olacağı gözlənilir. Gecə saatlarında isə bələdiyyədə yağış yağacaq. Sinoptiklərin məlumatına görə, gündüz saatlarında bölgədə mülayim qərb küləyik əsəcək.

Havanın temperaturu gündüz +21 dərəcə isti olacaq, gecə isə temperatur +11 dərəcəyə qədər enəcək.

Sinoptiklərin məlumatına görə, 25 mart tarixində bələdiyyə ərazisində gündüz saatlarında havanın parçalı buludlu olacağı gözlənilir. Gecə saatlarında isə buludlu hava müşahidə ediləcək. Gündüz havanın temperatur +20 dərəcə isi olacaq, gecə isə temperatur +9 dərəcə qədər enəcək.

26 mart tarixinə gəlincə isə Marneuli ərazisində gündüz və gecə saatlarında havaın parçalı buludlu olacağı gözlənilir. Gündüz havanın temperaturu +21 dərəcə istini göstərəcək, gecə isə temperatur +10 dərəcəyə qədər enəcək.


"Marneuli" Radiosu
Print