Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Qaçaqmalçılıq və
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Departamentinin direktoru
Mahmut Çorumlunun başçılıq etdiyi Milli Polisin nümayəndə heyəti
Gürcüstanda səfərdədir.
Səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin üzvləri Gürcüstan
Daxili İşlər Nazirliyində (DİN) görüşlər keçirib.
Bu barədə Gürcüstan DİN məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Gürcüstan Daxili İşlər Nazirliyi
və Türkiyə Respublikası Milli Polisi nümayəndələrinin birgə
komissiyasının səkkizinci iclası keçirilib.
Tədbirdə hər iki ölkənin hüquq-mühafizə orqanları arasındakı mövcud
əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Eyni zamanda,
narkotik vasitələrin qanunsuz dövriyyəsi, terrorizm və mütəşəkkil
cinayətkarlığın digər növlərinə qarşı birgə mübarizə məsələlərinə
xüsusi diqqət yetirilib.
Mənbə: azertag.az