Biletsiz sərnişin cərimələrindən büdcəyə daxil olan vəsaitin həcmi 5,5 dəfə artıb
2023-cü ilin yanvar-fevral aylarında biletsiz sərnişinlərdən büdcəyə 569 773 lari cərimə daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 5,5 dəfə çoxdur.

Dövlət büdcəsinə daxilolmalarda oxuduğumuz kimi (konsolidasiya edilmədən) 2022-ci ilin 2 ayında biletsiz getdiklərinə görə cərimələnən şəxslərdən büdcəyə 102 655 lari yığılıb.

2022-ci ilin tam məlumatlarına gəlincə, biletsiz sərnişinlərdən cərimə
kimi 2 294 426 lari daxil olub.

Məlumat üçün bildirək ki, Tbilisidə bələdiyyə nəqliyyatı ilə, xüsusən də avtobusla biletsiz səyahət edənlərə 20 lari cərimə tətbiq edilir. Əgər şəxs 30 gün ərzində cəriməni ödəməsə, 40 lari məbləğində cərimə tətbiq edilir.

Mənbə: BPN

Print Email
FaceBook Twitter Google