Almaniya səfirliyinin - Annalena Berbokun əsas mesajı ondan ibarətdir ki, Almaniya Avropa İttifaqı və NATO ilə yaxınlaşmaq yolunda Gürcüstanı dəstəkləməyə davam edəcək
Annalena Berbokun əsas mesajı Almaniyanın Gürcüstana Avropa İttifaqı və NATO ilə yaxınlaşma yolunda və lazımi islahatların aparılmasında dəstəyini davam etdirəcəyidir, - bu barədə Almaniyanın Gürcüstandakı səfirliyinin Annalena Berbokun Gürcüstana səfəri ilə bağlı yaydığı məlumatda deyilir.

“Almaniyanın xarici işlər naziri Annalena Berbok dünən axşam saatlarında Tbilisiyə gəlib. Nazir bu gün gərgin proqramı çərçivəsində hökumət, siyasi partiyalar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirir. Bundan əlavə, nazir tələbələrlə Gürcüstanın Avropa gələcəyi haqqında danışıb. Xanım Berbokun əsas mesajı belədir: Almaniya ölkənin Avropa İttifaqı və NATO-ya yaxınlaşması və bunun üçün zəruri islahatların aparılması yolunda böyük səylərlə Gürcüstanı dəstəkləməyə davam edəcək”
, - Almaniya səfirliyinin yaydığı məlumatda qeyd olunur.

Mənbə: Birinci Kanal

Print