Zurabişvili Qvaramianın əfv olunması ilə bağlı: bu məsələ açıqdadır
Gürcüstan prezidenti Salome Zurabişvili “TV Pirveli” telekanalına müsahibəsində “Mtavari” kanalının yaradıcısı Nika Qvaramianı əfv edib-etməyəcəyini cavablandırıb.


"Mən bununla bağlı nə “hə” demirəm, nə də “yox”",
- deyə president bildirib.

Salome Zurabişvilinin sözlərinə görə, “bu məsələ açıqdadır”.

“Prezidentin şəxsi kin-küdurəti ola bilməz və hesab edirəm ki, məndə bunun üç nümunəsi var idi - Okruaşvili, Rurua, Uqulava.

Ona görə də məsələ açıqdadır. Yeganə maneələr Avropa parlamentarilərinin tövsiyələri və ya təzyiqləri, hətta qətnamələridir.

Onlara birbaşa dedim ki, bizim kiçik ölkə olmağımız o demək deyil ki, onlar bunu öz üzərlərinə götürüb şəxsən mənə elə bir mesaj versinlər ki, gəlin kiməsə rəhm edək. Heç kimin heç bir ölkəyə qarşı bunu etməyə haqqı yoxdur. Çünki bu, heç kimdən heç də az olmayan ölkədir və Prezidentin təqdiri Prezidentin ixtiyarındadır.

[İmzalar və ərizələr] mənə əks təsir bağışlayır, çünki bu, azad qərar olmalıdır.

Mən onun [Qvaramianın] mövqeyini yüksək qiymətləndirirəm. Mən sizə nə olacağını və bunun necə olacağını vaxtı ilə deyəcəyəm”, -
Zurabişvili bildirib.
Mənbə: Publika

Print Email
FaceBook Twitter Google