Gürcüstanda soğanın əsas idxalçısı Rusiyadır - ölkə bu ən çox bahalanan məhsulu daha haradan alır
Gürcüstanda 2023-cü ilin fevral ayında ərzaq məhsulları arasında soğanın qiyməti ən çox artıb.

Milli Statistika Xidmətinin məlumatına görə, bu məhsulun qiymətləri 118,4% artıb. Qiymət artımı ilə yanaşı, idxal da artıb. 2023-cü ilin yanvar və fevral aylarında Gürcüstana 2,4 milyon ABŞ dolları dəyərində 6474 ton soğan idxal edilib. Ötən ilin eyni dövründə 1,6 milyon ABŞ dolları dəyərində 4754 ton soğan alınmışdı.

“Business Press News” Gürcüstanın bu ilin iki ayında soğan aldığı ölkələrin siyahısını təqdim edir:

• Rusiya - 1,3 milyon ABŞ dolları dəyərində 3 547 ton
• Azərbaycan - 703,6 min ABŞ dolları dəyərində 1869 ton
• Türkiyə - 376,6 min ABŞ dolları dəyərində 953,3 ton
• Çin - 43 min ABŞ dolları dəyərində 56,5 ton
• İran - 23,8 min ABŞ dolları dəyərində 42 ton
• Hollandiya - 12,4 min ABŞ dolları dəyərində 7 ton


Mənbə: BPN

Print