Gürcüstanda ən yüksək və ən aşağı maaşlı 3 fəaliyyət sahəsi
2022-ci ilin 4-cü rübündə orta aylıq nominal əmək haqqı əvvəlki rübdə illik 16,5% artımdan sonra illik müqayisədə 21,2% artıb.

Milli Statistika Xidmətinin məlumatlarına əsaslanaraq, bu barədə “Qalt və Taqqart”ın hesabatında qeyd olunub.

Sektorlar üzrə ən yüksək orta aylıq əmək haqqı 2022-ci ilin 4-cü rübündə aşağıdakı sektorlarda qeydə alınıb:

• İnformasiya və rabitə - 3 673 lari, illik artım - 61,8%;
• Maliyyə və sığorta fəaliyyəti - 2 727 lari, illik artım - 12,1%;
• Tikinti - 2 536 lari, illik artım - 14,8%.
Bundan əlavə, 2022-ci ilin 4-cü rübündə ən aşağı orta aylıq əmək haqqı aşağıdakı sahələrdə müəyyən edilib:
• Təhsil - 1006 lari, illik artım - 9,8%;
• Su təchizatı sektoru - 1 137 lari, illik artım - 9,1%;
• Kənd təsərrüfatı sektoru - 1 179 lari, illik artım - 3,6%.
Mənbə: BPN

Print Email
FaceBook Twitter Google