Ata ilə oğul arasında baş verən münaqişə xəsarətlə yekunlaşıb
Marneuli bələdiyyəsində oğul atasını yaralayıb.

“İnfo Rustavi” xəbər agentliyinin məlumatına görə, ata-oğul arasında məişət zəminində başlayan münaqişə yaralanma ilə yekunlaşıb.

Yaralı tibb müəssisəsinə çatdırılıb, həyatı üçün təhlükə yoxdur.

Daxili İşlər Nazirliyindən “İnfo Rusta”ya verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 11-ci maddəsinin 104-cü bəndi ilə cinayət işi başlanıb. Günahkar saxlanılıb.
Mənbə: inforustavi.ge

Print