Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən şəxs saxlanılıb
Mart ayının 24-də saat 21:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin 1981-ci il təvəllüdlü Qəhrəmanov Vidadi Ayaz oğlu olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Mənbə: report.az

Print