Marneuli ərazisində gündüz saatlarında yağış yağacaq
Bu gün, 27 mart tarixində Marneuli ərazisində gündüz saatlarında yağış yağacaq. Gecə isə havanın parçalı buludlu olacağı gözlənilir. Sinoptiklərin məlumatına görə, gündüz saatlarında bölgədə mülayim qərb küləyik əsəcək.

Havanın temperaturu gündüz +17 dərəcə isti olacaq, gecə isə temperatur +5 dərəcəyə qədər enəcək.

Sinoptiklərin məlumatına görə, 28 mart tarixində bələdiyyə ərazisində gündüz saatlarında havanın günəşli olacağı gözlənilir. Gecə saatlarında isə parçalı buludlu hava müşahidə ediləcək. Gündüz havanın temperatur +22 dərəcə isi olacaq, gecə isə temperatur +7 dərəcə qədər enəcək.

29 mart tarixinə gəlincə isə Marneuli ərazisində gündüz və gecə saatlarında yağış yağacağı gözlənilir. Gündüz havanın temperaturu +23 dərəcə istini göstərəcək, gecə isə temperatur +6 dərəcəyə qədər enəcək.


Print Email
FaceBook Twitter Google