Norveç mükafatının Saakaşviliyə təqdim edilməsi ilə bağlı onu demək olar ki, bu mükafatın Breyvikə verilməsilə eyni bir şeydir - Qaribaşvili
Baş nazir İrakli Qaribaşvilinin sözlərinə görə, Norveç mükafatının Mixeil Saakaşviliyə verilməsi gürcü xalqını təhqir və istehza etməkdir.


Daha dəqiq desək, Mixeil Saakaşvili insan haqları və demokratiya uğrunda mübarizəsinə görə norveçli siyasətçi Şur Linderbrekenin adını daşıyan mükafata layiq görülüb.

Norveçlilər mükafatı Saakaşviliyə verərkən Qaribaşvili norveçli terrorçu Andres Breyviklə paralel aparıb və Saakaşvilini onunla müqayisə edib.

“Xalqımızın istehza və təhqir olunmasını təsəvvür edin ki, dünya şöhrətli avtoritar, az qala diktator keçmiş hökmdar Saakaşvili, zalım, qatil sistemin yaradıcısı olmuş, insan haqları sahəsində əldə etdiyi nəyəsə görə mükafatlandırılmışdır... Bu, xalqımızın məsxərəyə qoyulması ağlasığmazdır. Yəni bu, bizim xalqımızı ələ salmaqdır və təbii ki, heç bir mənası yoxdur.

Təxminən eynidir, mən ciddi bir hadisəni xatırlamaq istəmirəm, amma Norveçdə bu təşkilatdan belə münasibət olduğundan, Norveçdə Breyvik çox adam öldürdüyünü xatırlayırsınız. Burada demək olar ki, hansısa ölkə Breyvikə bunu verib... Saakaşvili yüzlərlə insanı, gəncləri birbaşa öldürdü, onun rejimi zamanı neçə iş açıldı, neçələri həbs olundu. Saakaşvili Qirqvlianinin qətlində iştirakına görə mühakimə olunub. Onun rejimi qatil rejim idi”
, – Qaribaşvili bildirib.
___________________________________
Andres Breyvik 2011-ci ildə 77 nəfəri öldürüb. 22 iyul 2011-ci ildə Breyvik əvvəlcə Osloda bir məhəllədə bomba partladıb, daha sonra Utoya adasına gedib və burada yay düşərgəsində Norveç İşçi Partiyasının şənliyinə qatılan insanları öldürmüşdü.

Mənbə: Netgazeti

Print