Kürtlər kəndində iftar süfrəsi təşkil olundu (FOTO)
26 mart tarixində Marneuli bələdiyyəsinin Kürtlər kəndində iftar süfrəsi təşkil olundu. İftar süfrəsindən öncə din xadimləri tərifindən dualar oxundu və Ramazan ayı haqda mərasim iştirakçılarına məlumatlar verildi.

Daha sonra Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov, Marneuli müftisi Tahir Bayramov, Bolnisi müftisi Adil Nəbiyev, İkinci Kosalı İslam mədrəsəsinin rəhbəri Natiq Əliyev, Qızıl Kilsə məscidinin İmamı Hafiz Ruslan Yolçuyev və Kürtlər kənd məscidinin imamı Teymur Qəhrəmanov çıxış edərək, Ramazan ayının əhəmiyyətindən və bu ayda tutulan orucun savabından danışdılar.

İftar süfrəsində iştirak edən Marneuli bələdiyyə məclisinin üzvü Omar İrişov, kənd ağsaqqaları jurnalist Təhməz Təhməzov, professor İsmixan Abdullayev, təqaüddə olan müəllimlər İlyas İlyasov və Abdulla Abdullayev çıxış etdilər. Onlar öz çıxışlarında müsəlmanları Ramazan ayı və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etdilər. Ölkədə və dünyada sülh, əmin-amanlıq olmasını dilədilər.

Tədbirdə iştirak edən kənd sakinləri qonaqlara və iftar süfrənin təşkil olunmasında əməyi keçən hər kəsə öz təşəkkürlərini bildirdilər.

Qeyd edək ki, iftar süfrəsi kənd sakinləri tərəfindən təsis edilmiş “Kurtlar kənd xeyriyyə fondu” tərəfindən təşkil olumuşdu.

İftar sürəsindən sonra dini ayinlər oxundu və İslam dini və onun adət-ənənəlirdən söhbət açıldı.



Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google