Tbilisidə, Mziuri yaxınlığında yol qəzası baş verib.
“İnfo Rustavi” xəbər agentliyinin məlumatına görə, “Honda” markalı
minik avtomobilləri bir-biri ilə toqquşub, nəticədə onlardan biri
beton qoruyucu bəndin üzərinə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə patrul polisinin və xilasedicilərin briqadaları
səfərbər edilib.