Qəza nəticəsində 33 yaşlı kişi ölüb, iki nəfər yaralanıb
Dedoplistskaroda baş verən qəzada 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Mövcud məlumata görə, minik avtomobilinin sürücüsü sükanı idarə edə bilməyib və dəmir konstruksiyaya çırpılıb.

Nəticədə 33 yaşlı kişi yerindəcə ölüb, iki sərnişin isə xəsarət alıb. Yaralılar tibb müəssisəsinə yerləşdirilib.
Hadisə yerinə patrul polis briqadası səfərbər edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma başlanılıb.

Mənbə: inforustavi.ge

Print