"Meta" şirkəti "WhatsApp"da qruplarla bağlı yeni funksiyasını
təqdim edib.
Artıq istifadəçilər qruplar üçün bir növ son istifadə tarixi təyin
edə biləcək.
"Müddəti bitən qruplar" adlı bu funksiya istifadə olunmayan
qrupların müddəti bitdikdə istifadəçinin oradan çıxarılmasını təmin
eəcək.
Hazırda yeni funksiya iOS və beta versiyasında sınaqdan
keçirilir.
Qeyd edək ki, həmin qrupların bitmə vaxtını istifadəçi özü təyin
edəcək. İstifadəçiyə qrupun bağlanma müddəti kimi bir həftə, bir
gün və ya fərdi tarix seçmə imkanı veriləcək. Müddət bitdikdən
sonra isə istifadəçi avtomatik olaraq qrupdan çıxarılacaq. Amma
digər qrup üzvləri qrupda qalmağa davam edəcək.
Milli.Az