Azərbaycanın bədii gimnastları Gürcüstanda 22 medal qazanıblar
Azərbaycanın və "Ocaq Sport" klubunun bədii gimnastları Tbilisidəki “Keti Cup” beynəlxalq turnirdə 22 medal qazanıblar.

Bunlardan 9-u qızıl, 8-i gümüş, 5-i bürünc əyarlıdır.

Maya Kozaçuk iki qızıl (gürzlər, top), bir gümüş (çoxnövçülük), Selin Yusifova iki qızıl (çoxnövçülük, alətsiz), bir gümüş (top), Sara Cəlilli bir qızıl (çoxnövçülük), bir gümüş (alətsiz), bir bürünc (top), Nilüfər Qasımova
bir qızıl (alətsiz), bir gümüş (çoxnövçülük), Suada İskakova bir qızıl (gürzlər), bir bürünc (alətsiz), Röya Alıkişiyeva bir qızıl (halqa), bir bürünc (gürzlər), Alsu Abdullayeva bir qızıl (alətsiz), Ahu Aslanova bir gümüş (alətsiz), Fərəh Həsənova bir gümüş (alətsiz), İnara Abıyeva bir gümüş (top), Beril Yalın bir gümüş (top), Leyla Azaqova bir bürünc (çoxnövçülük), Ayla Abbaszadə bir bürünc (gürzlər) medala sahib çıxıb.

Mənbə: report.az




Print Email
FaceBook Twitter Google