İsraildə davam edən ümumi tətil səbəbi ilə İsrailin Gürcüstandakı
səfirliyi fəaliyyətini dayandırıb.
Bu barədə səfirliyin “Facebook” hesabında paylaşım edilib.
Qeyd olunub ki, İsrailin Histadrut həmkarlar ittifaqının elan
etdiyi ümumi tətillə əlaqədar İsrailin Tbilisidəki səfirliyi bu
gündən növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırır.
Tətil dövründə konsulluq xidmətlərinin göstərilməyəcəyi
vurğulanıb.