Cari ilin yanvar-fevral ayları ərzində Gürcüstanın yük
maşınlarından əldə etdiyi gəlirləri illik müqayisədə 2,1 dəfə artıb
artıb.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat
yayıb. Bildirilib ki, yanvar-fevral ayları ərzində Gürcüstan yük
maşınlarından 24,11 milyon lari (15,92 milyon manat) əldə edib.
2022-ci ilin ilk iki ayı ərzində isə bu göstərici 11,4 milyon lari
(7,5 milyon manat) təşkil edib.
Yanvar-fevral ayları ərzində Gürcüstan ərazisindən ümumilikdə 68
604 yük maşınının istifadə etdiyi qeyd edilib. 2022-ci ilin ilk iki
ayında isə bu göstərici 57 235 ədəd olub.