2023-cü ilin yanvar-fevral ayları ərzində Gürcüstanın Azərbaycandan
mal və məhsullar idxalı illik ifadədə 16,5% azalaraq 130 914,5 min
ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara
əsasən təqdim etdiyi hesabatında bildirilib. Hesabat dövründə
Azərbaycandan idxal Gürcüstanın ümumi idxalının 6,6%-ni təşkil
edib. 2022-ci ilin yanvar-fevral ayları ərzində isə Gürcüstanın
Azərbaycandan idxalı 156 694,9 min dollar təşkil edib.
Yanvar-fevral ayları ərzində Gürcüstanın Azərbaycana ixracı isə
ötən illə müqayisədə 20,5% artaraq 111 237,1 min dollara çatıb.
Azərbaycana ixracın Gürcüstanın ümumi ixracında payı 12,2%-ə
bərabər olub.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixracının 16 038,3 min
dollarını yerli istehsal mal və məhsullar təşkil edib. Bu göstərici
ötən illə müqayisədə 11,5% çoxdur.
Beləliklə bu ilin ilk iki ayı ərzində Gürcüstanın Azərbaycanla
xarici ticarət dövriyyəsində 19 677,4 min dollarlıq mənfi saldo
yaranıb ki, bu da illik ifadədə 3,27 dəfə azdır.
Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında Gürcüstanın
Azərbaycanla xarici ticarətində 64 358,7 min dollarlıq mənfi saldo
qeydə alınıb.