2023-cü ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycana
62,1 milyon ABŞ dolları dəyərində 4 820 ədəd avtomobil ixrac edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara
əsasən təqdim etdiyi hesabatında bildirilib.
Qeyd olunub ki, idxal edilən avtomobillərin dəyəri əvvəlki illə
müqayisədə 53% çoxdur.
Hesabata görə, yanvar-fevral ayları ərzində Azərbaycana ixrac
edilmiş avtomobillərin orta qiyməti (OQ) 12,9 min dollar təşkil
edib.
Yanvar-fevral ayları ərzində Azərbaycan Gürcüstanın ən çox
avtomobil ixrac etdiyi ölkə olub.
Hesabata əsasən, yanvar-fevral ayları ərzində Gürcüstan Qazaxstana
51,5 milyon dollar dəyərində 2 589 ədəd (OQ -19,9 min dollar),
Ermənistana 50,2 milyon dollar dəyərində 2 834 ədəd (OQ - 17,7 min
dollar), Qırğızıstana 43,2 mmilyon dollar dəyərində 1 338 ədəd (OQ
- 32,3 min dollar), Rusiyaya 13,5 milyon dollar dəyərində 978 ədəd
(OQ - 13,8 min dollaar) avtomobil ixrac edib.