Universal səhiyyə proqramında yüksək xərclər nəzərə alınmaqla,
xəstələrin sosial vəziyyətindən asılı olmayaraq hərtərəfli əhatə
olunan istiqamətlər var. Onkoloji xidmətlərə radiasiya terapiyası,
kimyaterapiya və hormon terapiyası daxildir.
Bu istiqamətdə proqram daim genişlənir. Məsələn, 2013-cü ildə bu
xidmətlərə 2,6 milyon lari ayrılıbsa, 2022-ci ildə maliyyələşmənin
həcmi 51 dəfə artaraq 134 milyon lari xərclənib”, -
deyə səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.
Tamar Qabunianın sözlərinə görə, 2023-cü ildə də onkoloji xidmətlər
prioritetlər sırasındadır. Onun sözlərinə görə, nazirlik
xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara tam uyğun olması
üçün fəal iş aparır.
“Burada onkoloji dərmanlara çıxış çox vacibdir. Qiymətlərin
effektiv idarə olunması üçün onların üzərində istinad qiymətləri
müəyyən edilməklə çox etibarlı və möhkəm təminatlar
yaradılır”, - nazir müavini bildirib.
Tamar Qabunianın sözlərinə görə, ümumi sağlamlığın qorunması
proqramı ilə yanaşı, Nazirlik digər, spesifik onkoloji ehtiyacları
əhatə edən məqsədyönlü proqramlar həyata keçirir.
“Bu istiqamətlərdən biri uşaq onkohematologiyasıdır ki, onun
2023-cü il üçün büdcəsi 3 000 000 lari təşkil edir. Həmçinin,
ölümcül xəstələr üçün palliativ qayğı proqramı. Buraya digər
xəstələrlə yanaşı, onkoloji xəstələrin xidmətləri də daxildir və
onun 2023-cü il üçün büdcəsi 5 milyon 200 min lari təşkil edir”,
- deyə Tamar Qabunia bildirib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Tamar Qabunia onkoloji
dərmanlar və xidmətlər üzrə universal səhiyyə dövlət proqramının 10
illiyi ilə əlaqədar keçirilən tədbirdə çıxış edib.
Qeyd edək ki, bu 10 il ərzində ümumi sağlamlığın qorunması üzrə
dövlət proqramı çərçivəsində 3 milyondan çox benefisiar, 11 milyona
qədər tibbi iş 7 milyard lariyə qədər maliyyələşdirilib.