Günün ikinci yarısında Marneuli ərazisində yağış yağacaq
Bu gün, 29 mart tarixində günün birinci yarısında Marneuli ərazisində günəşli hava olacaq. Günün ikinci yarısından isə bələdiyyədə yağış yağacaq. Gecə isə havanın yağışlı olacağı gözlənilir. Sinoptiklərin məlumatına görə, gündüz saatlarında bölgədə mülayim qərb küləyik əsəcək.

Havanın temperaturu gündüz +23 dərəcə isti olacaq, gecə isə temperatur +5 dərəcəyə qədər enəcək.

Sinoptiklərin məlumatına görə, 30 mart tarixində bələdiyyə ərazisində gündüz saatlarında havanın parçalı buludlu olacağı gözlənilir. Gecə saatlarında isə buludlu hava müşahidə ediləcək. Gündüz havanın temperatur +12 dərəcə isi olacaq, gecə isə temperatur +4 dərəcə qədər enəcək.

31 mart tarixinə gəlincə isə Marneuli ərazisində yenidən gündüz və gecə saatlarında yağış yağacaq. Gündüz havanın temperaturu +8 dərəcə istini göstərəcək, gecə isə temperatur +3 dərəcəyə qədər enəcək.


"Marneuli" Radiosu
Print