Azərbaycanda deputata silahlı hücum olub
28 mart tarixində Azərbaycan milli məclisinin deputatı Fazil Mustafa yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib. Bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerinə əməliyyət-istintaq qrupu cəlb edilib. Hadisənin törətməkdə şübhəli bilinən şəxs axtarılır.

Əlavə olunub ki, deputatın vəziyyəti qənaətbəxşdir.

Azərbaycanın Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında isə bildilir: "Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb".

TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.

"Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur".

Deputat Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gətirilib və hazırda əməliyyat olunub, həyati üçün təhlükə yoxdir.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Milli Məclisin deputatı Fazil Mustafaya qarşı silahl hücumun terror aktı olduğunu bildirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında deyilir ki, martın 28-də Bakı vaxtı ilə saat 21:51-də Azərbaycan Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

“Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası almışdır. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır.

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir”,
– məlumatda qeyd edilir.

Mənbə: turan.az
Print