İsveçin vəliəhd şahzadəsi Gürcüstana səfər edəcək
İsveçin vəliəhd şahzadəsi Viktoriya Gürcüstana səfər edəcək.

Məlumatı İsveçin Gürcüstandakı səfirliyi “Facebook”da yayıb.

Bildirilib ki, martın 29-dan 30-dək davam edəcək səfər çərçivəsində Şahzadə Viktoriya Gürcüstan Prezidenti Salome Zurabivili və Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyası ilə görüşəcək.

Səfərin İsveçin 2023-cü ilin ikinci yarısında Avropa İttifaqı Şurasına prezidentliyi proqramı çərçivəsində baş tutacağı qeyd olunub.


Mənbə: apa.az
Print