“Avro-2024”: Gürcüstan-Norveç komandaları arasında oyun bərabərliklə başa çatıb
10:36 / 29.03.2023
28 mart tarixində futbol üzrə “Avro-2024”ün seçmə mərhələsinin
ikinci turu çərçivəsində Gürcüstan millisi ilk oyununu Norveç
komandasına qarşı keçirib.
A qrupunda yarışan komandalar “Batumi-Arena”da üz-üzə gəliblər.
Oyun 1:1 hesabı ilə başa çatıb.