Poniçalada uşaq meydançasında iki uşağı maşın vurub.
Əldə olan məlumata görə, sürücü çox güman ki, sükanı idarə edə
bilməyib və meydançaya sürüb. Xəsarət alan uşaqlar klinikaya
yerləşdirilib. Hadisə ötən gün baş verib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən yol hərəkəti
təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə
tutan 276-cı maddə ilə araşdırma başlayıb.