İfadə hüququna məhdudiyyətlər, seçmə ədalət - Amnistiya hesabatında nələr yer alıb
Beynəlxalq Amnesty İnternational təşkilatı digər ölkələrlə yanaşı, 2022-ci ildə Gürcüstanda insan haqlarının vəziyyətini qiymətləndirən yeni hesabat dərc edib.
Amnesty International-a görə:
  • Gürcüstanda ifadə hüququ daha da məhdudlaşdırıldı.
  • Seçici ədalət və hakimiyyət əleyhdarlarına qarşı siyasi motivli təqiblər davam etdi.
  • Yeni qanunlar hökumətin nəzarət səlahiyyətlərini artırdı və məhkəmə sisteminin və rəsmi nəzarətçilərin müstəqilliyini daha da zəiflətdi.
  • Qadınlar və qızlar ayrı-seçkilik və yüksək səviyyədə zorakılıqla üzləşməyə davam etdilər,
  • Hökumətin nəzarətində olan və separatçı bölgələrdə işgəncə və digər pis rəftar hallarının effektiv şəkildə araşdırılmaması narahatlıq doğurur.
Hesabatın ifadə azadlığından bəhs edən bölməsində qeyd olunur ki, hökumət rəsmilərinin tənqidi jurnalistlərə qarşı getdikcə daha aqressiv ritorikası və diffamasiya şikayətləri ifadə azadlığına, eləcə də onlara qarşı törədilmiş cinayətlərin səmərəsiz araşdırılmasına təsir edib.

İfadə azadlığına dair fəsildə operator Lekso Laşkaravanın ölümü ilə nəticələnən 5 iyul 2021-ci il zorakılıq hadisələrindən bəhs edilir. Məlumatda bildirilir ki, zorakılığın təşkilatçıları cəzalandırılmayıb.

Həmin fəsildə Təhlükəsizlik Xidmətinin keçmiş rəis müavini Soso Qoqaşvilinin azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanması ilə bağlı bəyanatından bəhs edilir və o, jurnalistin oğurlanaraq Azərbaycana təhvil verilməsinin Təhlükəsizlik Xidmətinin iştirakı ilə baş verdiyini deyir. Təşkilat qeyd edir ki, Muxtarlının oğurlanması faktı effektiv şəkildə araşdırılmayıb.

Hesabatda qeyd edilir ki, hökumətin məhkəmə sisteminə təsirinin artması, seçmə ədalət mühakiməsi, siyasi rəqiblərə və tənqidi mediaya qarşı siyasi motivli təqiblər narahatlıq doğurur.

Bu kontekstdə “Lelo”nun liderləri Mamuka Xazaradze və Badri Caparidzenin, “TV Pirvelinin” təsisçisi Avtandil Tseretelinin işi xatırlanır və onların siyasi motivli ittihamlar irəli sürdüyü bildirilir.

Nika Qvaramianın həbsi də Amnesty İnternational-ın hesabatında yer alıb.

Hesabatda Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı məhkəmə proseslərindən də bəhs edilir və qeyd edilir ki, “mümkün “ağır metal zəhərlənməsi” və “ölüm riskinin əhəmiyyətli dərəcədə artdığını göstərən tibbi rəylərə baxmayaraq”, Tbilisi məhkəməsi hökmü təxirə salmayıb.

Amnesty İnternational-ın hesabatında dövlət müfəttişliyi xidmətinin ləğvi və onun ləğvindən sonra vətəndaş cəmiyyətindən gələn tənqidlər yer alıb.

Hesabatda həmçinin de-fakto Abxaziya və Cənubi Osetiyada insan haqları məsələləri nəzərdən keçirilir. Hesabatda Gürcüstan hökumətinin nəzarətində olmayan ərazilərdə insan haqlarının, o cümlədən ifadə azadlığının vəziyyətinin pisləşdiyi bildirilir. Keçmişdə törədilən cinayətlərin isə cəzasız qaldığı göstərilir.

Mənbə: Netgazeti
Print