Gürcüstandan Türkiyəyə 250 su tısbağası gizli şəkildə aparılmağa cəhd olunub
Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, Sarpi keçid məntəqəsində Gürcüstandan gizli şəkildə 250 su tısbağası aparan şəxs aşkarlanıb.

Açıqlamada yazıldığı kimi, gömrük nəzarətçiləri həmin şəxsin gödəkçəsində qeyri-adi şişlik müşahidə edərək qaçaqmalçılıq şübhəsi ilə axtarış aparıblar və nəticədə şübhəlinin kürəyində bağlı qutu olduğu müəyyən edilib. . Açılış nəticəsində qutuya 250 ədəd su tısbağası qoyulduğu məlum olub.

Daha sonra tısbağaların invaziv növ olduğu (bioloji müxtəlifliyi təhdid edən antropogen yolla yayılan bioloji növ) aşkar edilərək Artvin Vilayəti Təbiəti Mühafizə və Milli Parklara təhvil verilib.
Mənbə: BPN

Print Email
FaceBook Twitter Google